#Dünya

KƏŞ ölkələri və İran Hörmüzdəki vəziyyəti müzakirə edəcəklər 

Oman tərəfi gələn həftə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin və İranın XİN başçılarının görüşünü təşkil etməyə çalışır. 

Xəbər Experti xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Oman nazirləri bazar ertəsi Salalah şəhərində bir araya gətirməyi planlaşdırır.

“Oman bazar ertəsi günü KƏŞ və İran xarici işlər nazirlərini Salalahda bir araya gətirməyi hədəfləyir”, – dməlumatda bildirilir.

Agentliyin mənbələrinə görə, belə bir görüş baş tutarsa, Hörmüz boğazının gələcəyi müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ və İran Hörmüz boğazında vəziyyətlə bağlı ziddiyyətli məlumatlar verir. Vaşinqton boğazın minalardan təmizləndiyini və gəmi hərəkətinin açıq olduğunu bildirir. İran hakimiyyəti isə öz növbəsində boğazın bağlanması ilə bağlı qərarın hələ qüvvədə olduğunu qeyd edir.

Cümə axşamı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Hörmüz boğazı bağlıdır, İran hərbçilərinin nəzarəti altındadır və bu sularda istənilən düşmən qüvvəsinin mövcudluğuna qarşı müqavimət göstəriləcək.

KƏŞ ölkələri və İran Hörmüzdəki vəziyyəti müzakirə edəcəklər 

Modi Rusiyaya səfər edəcək

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir