İyul ayının müavinət, təqaüd və ünvanlı yardımlarının veriləcəyi tarixlər açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikini elan edib.
Fondun rəsmi məlumatına görə, iyul ayının müavinət və təqaüdlərinin cari ayın 21-də, ünvanlı dövlət sosial yardımlarının isə iyulun 28-də ödənilməsi nəzərdə tutulub. Vətəndaşlar ödənilən vəsaitləri müvafiq bank kartları vasitəsilə təyin olunmuş tarixlərdən etibarən bankomatlardan nağdlaşdıra bilərlər. Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi isə qrafikə uyğun olaraq ayın ortasında həyata keçiriləcək.










