#Gündəm #Ölkə #Sağlamlıq #Sosial

AQTA-dan yay mövsümü ilə bağlı xəbərdarlıq: Küçələrdə satılan bu qidaları almayın!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümündə qidadan zəhərlənmə hallarının qarşısını almaq məqsədilə bu gün vətəndaşlara müraciət edib.

Agentliyin yaydığı rəsmi məlumatda bildirilir ki, yüksək temperatur şəraitində tez xarab olan qidaların, xüsusilə küçədə, açıq havada və soyuducu rejimi olmadan satılan ət və süd məhsullarının, kremli şirniyyatların və dönərlərin istehlakı ciddi təhlükə yaradır. AQTA vətəndaşları yalnız dövlət qeydiyyatından keçmiş, sanitar-gigiyenik qaydalara əməl olunan məkanlardan alış-veriş etməyə çağırır. Eyni zamanda, qarpız və yemiş alarkən onların birbaşa günəş şüası altında saxlanılmamasına və üzərində kəsiklərin olmamasına diqqət yetirilməsi tövsiyyə olunur.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir