İsrail İndoneziya vətəndaşı olan pilota görə Efiopiya təyyarəsini geri qaytarıb
İsrailin aviasiya qurumları pilotlardan birinin İndoneziya vətəndaşı olduğu barədə məlumat aldıqdan sonra Ethiopian Airlines aviaşirkətinə məxsus yük təyyarəsinin ölkəyə enişinə icazə verməyib.
Xəbər Experti xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Ethiopian Airlines-ın yük təyyarəsi Əddis-Əbəbə hava limanından Təl-Əvivə uçurmuş. Təyyarə havaya qalxdıqdan sonra İsrailin müvafiq qurumları ekipaj üzvlərinin siyahısını əldə edib və pilotlardan birinin İndoneziya vətəndaşı olduğunu müəyyənləşdirib. İsrailin aviasiya qaydalarına əsasən, ölkə ilə diplomatik münasibətləri olmayan dövlətlərin vətəndaşı olan pilotların İsrailə uçmasına icazə verilmir.
Eniş icazəsi verilmədikdən sonra təyyarə yanacağın bir hissəsini havada boşaldaraq Efiopiyaya qayıdıb. Pilot dəyişdirildikdən sonra təyyarə yenidən İsrailə uçub və Təl-Əviv hava limanına eniş edib.
Nəşrin qeyd etdiyinə görə, “Flydubai” təyyarəsi ilə bağlı insidentdən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib, ölkəyə uçan təyyarələrin ekipaj üzvləri və sərnişinlərinin siyahılarını daha diqqətlə yoxlamağa başlayıb.
Sentyabrın 30-da “Flydubai” aviaşirkətinin Dubay–Təl-Əviv reysi üzrə uçuş həyata keçirən təyyarəni ikinci pilot kapitana hücum edərək onu ələ keçirərək məhv etməyə cəhd göstərib. Təyyarə Səudiyyə Ərəbistanının Təbuq hava limanına məcburi eniş edib. Hadisə nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb. Sərnişinlərin müdaxiləsi sayəsində faciənin qarşısı alınıb.










