İsrail HƏMAS üzvlərini məhv etmək üçün Qəzzaya zərbə endirib
İsrail ordusu HƏMAS-ın iki silahlısını məhv etmək üçün Qəzzanın mərkəzinə zərbələr endirib.
Xəbəe Expertioxəbər verir ki, bu barədə ordunun məlumatında deyilir.
Deyr əl-Bəlah bölgəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Abd əl-Nəsər öldürülüb. İsrail tərəfi onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olduğunu və hücumda iştirak etdiyini bildirir.
Ordu bildirib ki, hər iki silahlı son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar hazırlayıb, həmçinin HƏMAS-ın hərbi imkanlarının bərpası cəhdlərində iştirak edib. İsrail ordusu zərbənin “təhlükənin aradan qaldırılması məqsədilə” həyata keçirildiyini bildirib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəsə baxmayaraq, Qəzza zolağında İsrail və HƏMAS arasında qarşıdurmalar davam edir.










