#Dünya

İsrail HƏMAS-ın hərbi qanadının əsas fiqurlarından birini öldürüb

İsrail Müdafiə Ordusunun Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının “Qəzza” briqadası komandirinin köməkçisini öldürüb. 

Xəbər Experti xəbər verir nki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

O, 2023-cü il oktyabrın 7-də İsrail yaşayış məntəqələrinə hücum zamanı əsir götürülən girovların saxlanılmasında iştirak edib. 

“Ordu HƏMAS-ın hərbi qanadının komandiri, təşkilatın ‘Qəzza’ briqadası komandirinin köməkçisi vəzifəsini yerinə yetirən və Qəzza şəhəri ərazisində girovların saxlanılmasında iştirak edən Mömin Əhməd Ayəni məhv edib”, – məlumatda deyilir.

Bildirilib ki, həmin şəxs son vaxtlar İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar təşkil edib, həmçinin HƏMAS-ın hərbi qanadının döyüş potensialını bərpa etməyə çalışaraq atəşkəs rejimini sistematik şəkildə pozub.

Qurumdan bildirilib ki, o, təhdidin aradan qaldırılması məqsədilə həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir