#Dünya

“İran hücum olacağı təqdirdə yeni silahdan istifadə edəcək”

“İran hücum olacağı təqdirdə, dünyanı təəccübləndirəcək yeni silahdan istifadə etməyə hazırdır.” 

Xəbər Experti xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi bildirib.

“Yeni hücum baş verəcəyi təqdirdə, müdafiəmizin və cavab hücumlarımızın coğrafiyası, şübhəsiz ki, əhəmiyyətli dərəcədə dəyişəcək. Dəyişikliklər silahlara da şamil olunacaq. Dünyanı heyrətləndirəcək yeni silahdan istifadə edəcəyik”, — o deyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir