#Dünya

İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb

“Hörmüz boğazı Birləşmiş Ştatların blokadanı aradan qaldırması, dondurulmuş aktivlərin açılması və neft sanksiyalarının ləğvi də daxil olmaqla, ABŞ-İran memorandumunun şərtlərini yerinə yetirənə qədər bağlı qalacaq”.

Xəbər Experti xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.

O bildirib ki, Hörmüz boğazının açılması üçün bütün cəbhələrdə təhdidlərə və hərbi əməliyyatlara da son qoyulmalıdır.

Qalibafın sözlərinə görə, memorandum çərçivəsində əldə edilən atəşkəs razılaşması İrana iqtisadi dayanıqlığını gücləndirməyə və müdafiə potensialını bərpa etməyə imkan verib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir