İran Fars körfəzi ölkələrinə raket və PUA-larla zərbələr endirib
Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi zərbələrdən sonra regionda vəziyyət gərginləşib. İran tərəfi bu hücumlara cavab olaraq Fars körfəzi bölgəsində yerləşən bir sıra ərəb dövlətlərini raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəfə alıb.
Məlumata görə, Tehranın cavab zərbələri əsasən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveyt istiqamətinə yönəlib. Hücumlar nəticəsində sözügedən ölkələrin bir çoxunda hava hücumundan müdafiə (HHM) sistemləri aktivləşdirilib və partlayış səsləri qeydə alınıb. Yerli sakinlərə təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşmək barədə xəbərdarlıq edilib.










