12 nəfər mobil telefona görə imtahandan qovulub
DİM qəbul imtahanında qayda pozuntuları qeydə alıb: 12 abituriyent xaric edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən I və IV ixtisas qrupları (həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçərək coğrafiya fənnindən imtahan verənlər) üzrə qəbul imtahanlarında bəzi qayda pozuntuları aşkar edilib.
DİM-dən verilən rəsmi məlumata əsasən, imtahan zalına qanunsuz olaraq mobil telefon keçirməyə cəhd edən 12 nəfər müəyyən olunaraq prosesdən kənarlaşdırılıb. Ümumilikdə bugünkü imtahanda 36 356 abituriyentin iştirakı planlaşdırılırdı.
DİM-dən həmçinin bildirilib ki, imtahan sualları arasında açıq tipli tapşırıqların yoxlanılması müəyyən zaman apardığı üçün nəticələrin təxminən 2 həftə sonra elan olunması nəzərdə tutulub.










