#Dünya

“İrəvan Aİİ-dən çıxmaq niyyətində deyil, lakin Aİ-na üzvlük üçün müraciət edəcək” – Paşinyan

“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazırlaşmır”.

Xəbər Experti xəbər verir ki bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.

“Biz xalqa vəd etdiyimiz kimi, alternativin formalaşdırılmasına hazırlığa başlamışıq. Məqsəd xalqın seçim imkanına malik olmasıdır. Aİİ-dən çıxmaq niyyətində deyilik, lakin ittifaqdakı həmkarlarımız referendumun müəyyənləşdirilməsi və keçirilməsi məsələsini gündəmə gətirirlər”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra prosedurların yerinə yetirilməsi tələb olunur və İrəvan artıq bu istiqamətdə addımlar atır: 

“Proses 2027-2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinin başlanması üçün müraciət etməyimizə doğru aparır”, – o əlavə edib.

Baş nazir, həmçinin İrəvanın Ermənistanın Aİİ-dən çıxmasının mümkün nəticələrinə dair Avrasiya Hökumətlərarası Şurasının hesabatı ilə tanış olduğunu və orada yer alan qənaətlərin əhəmiyyətli bir hissəsi ilə razılaşmadığını bildirib. Əlavə edib ki, Ermənistan öz etirazlarını və mövqeyini tərəfdaşlarına işgüzar qaydada təqdim edəcək.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir