İnfantino Hövsandakı mini-stadionların inşası ilə tanış oldu
Bakıya gələn FİFA prezidenti Canni İnfantino ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların dünya çempionatı və festivalı üçün görülən işlərlə tanış olub.
Xəbər Experti xəbər verir ki, FİFA rəhbəri Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşasını izləyib.










