#Dünya

“Hörmüzün yenidən açılması üçün tərəfdaşlarla çalışmağa davam edirik”

“Qəzzadan İrana qədər uzanan region üçün daha dinc və sabit bir gələcək qurmaq səylərinə göstərdiyi dəstəyə və konstruktiv iştirakına görə Azərbaycana təşəkkür etmək istəyirəm: bura Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi öhdəsinə götürdüyü rol da daxildir”.

Xər Experti xəbər ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir bildirib ki, Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır, bundan başqa, danışıqlarda irəliləyişin olmasına dair xəbərləri məmnunluqda qarşılayır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir