Hindistanda qasığra səbəbindən ölənlərin sayı 6-ya çatıb
Hindistanda qasırğa səbəbindən ölənlərin sayı artıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Andhra Pradeş ştatında qasırğa səbəbindən ölənlərin sayı 6-ya çatıb.
Qasırğa çoxsaylı ağacların və elektrik dirəklərinin yıxılmasına səbəb olub, onlarla evə ziyan vurub.
Ştatın Baş naziri Çandrababu Naydu qasırğa səbəbindən ən azı 15 min elektrik dirəyinin zədələndiyini bildirib.








