#Ölkə

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 77-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.

Xəbər Experti xəbər verir ki, işıqlandırma zamanı Çinin dövlət bayrağı təsvir olunub.

Qeyd edək ki, hazırda Azərbaycan-Çin münasibətləri yüksək səviyyədədir, iki ölkənin əlaqələri ən müxtəlif istiqamətlərdə dinamik inkişaf edir.

Azərbaycan və Çin rəsmi olaraq strateji müttəfiqdirlər, iki ölkənin liderləri ötən ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə Birgə Bəyanat imzalayıblar.

Heydər Əliyev Mərkəzində Çinin dövlət bayrağının təsviri dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha bir nümunəsidir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu da Çin dövlət bayrağının təsviri ilə işıqlandırılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir