“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
“Hall Siti”nin 27 yaşlı yarımmüdafiəçisi Sorba Tomas məşqə gedərkən avtomobil qəzasına düşüb.
Xəbər Experti xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.
Hadisə komandanın Kottinqemdəki məşq bazasının yaxınlığında baş verib. Futbolçunun idarə etdiyi avtomobil aşıb. Klubdan bildirilib ki, Tomas qəza zamanı xəsarət almayıb və avtomobildən özü çıxıb.
“Hall Siti” həmçinin futbolçunun avtomobilinin qəza vəziyyətində olan görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildirib və azarkeşləri onun səhhəti ilə bağlı narahat olmamağa çağırıb.
Qeyd edək ki, Tomas sentyabrın 1-də “Stok Siti”dən “Hall Siti”yə keçib. O, yeni komandasında 7 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlavə edək ki, “Hall Siti” türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur.










