Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub.
Xəbər Experti bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.
Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.










