#Ölkə

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Xəbər Experti bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir