Goranboyda TIR Qəzası: Yola 1 Tona Yaxın Yanacaq Dağılıb
Goranboy rayonunda Türkiyə vətəndaşının idarə etdiyi “Iveco” markalı yük avtomobili (TIR) idarəetmədən çıxaraq yolun dəmir arakəsməsinə çırpılıb.
Xoşbəxtlikdən, qəza zamanı xəsarət alan olmayıb. Zərbənin gücündən avtomobilin yük yerindəki dəmir materiallar yola dağılıb, eyni zamanda nəqliyyat vasitəsindən təxminən 1 ton yanacaq magistrala axıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunaraq yola dağılan yanacağı təmizləyib və hərəkətin təhlükəsizliyini təmin ediblər.










