Fransada meşə yanğınları zamanı güclü partlayış
Fransanın qərbində tüğyan edən meşə yanğınları zamanı 2-ci Dünya Müharibəsindən qalmış silah-sursat anbarında güclü partlayışlar baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, olay Le Porj kəndində yaşanıb.
Kəndin meri Marsyal Zaninettinin verdiyi məlumata görə, 2-ci Dünya Müharibəsi dövründə gizlədilmiş sursat anbarındakı raket və qumbaralar istinin təsirindən partlamağa başlayıb. Anbar torpağın altında qaldığından şəxsi həyətin sahibinin bu barədə xəbəri olmayıb. Partlayış həyətdəki tikiliyə ciddi ziyan vurub. Partlamamış xeyli sursat aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib. Meşə yanğınları zamanı Le Porj kəndinin sakinləri təxliyə edildiklərindən insident xəsarətsiz ötüşüb.
Qeyd edək ki, Atlantika sahillərində bu tip tapıntılara tez-tez rast gəlinir. Əsasən də 1944-cü ildə alman ordusu geri çəkilərkən özlərindən sonra xeyli silah-sursat qoymuşdular. Onların bir hissəsi hələ də toprağın altındadır.










