#Dünya

Everest dağında iki helikopter toqquşub – 1 nəfər ölüb

Everest dağına eniş zamanı iki helikopter toqquşub.

Xəbər Experti xarici KİV-ə istinadən məlumatına görə, qəza Nepalın Solukhumbu rayonunda baş verib.

Qəzada 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Ölən şəxs xarici turist olub.

Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə daha bir helikopter bölgəyə göndərilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir