Ərdoğanla İraq Baş nazirinin görüşündə gözlənilməz anlar:
İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən imzalama mərasimində diqqətçəkən hadisə yaşanıb.
İyulun 28-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və İraq hökumət başçısı arasında baş tutan görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub. Sənədlərin imzalanması mərasimində nəzərdə tutulan 5 sazişdən liderlərə yalnız 4-ü təqdim edilib.
Çatışmazlığı dərhal hiss edən Türkiyə dövlət başçısı təəccübünü gizlətməyərək: “Beş anlaşma olmalı idi, bir yanlışlıq olmasın?” deyə reaksiyasını bildirib. Ərdoğan məsələyə aydınlıq gətirmək üçün Türkiyə Xarici İşlər naziri Hakan Fidanı yanına çağırıb.
Daha sonra məlum olub ki, İraqın Nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf yolu” layihəsinə dair sənədi imzalamaqdan imtina edib. Məsələyə dərhal müdaxilə edən İraq Baş naziri Əli əl-Zeydi nazirinə sənədi tədbir iştirakçılarının gözü qarşısında imzalamağı tapşırıb. Hökumət başçısının qəti göstərişindən sonra İraqın Nəqliyyat naziri sənədə imza atıb və mərasim planlaşdırıldığı kimi davam edib.










