#Dünya

Cinpin və Trampın müzakirə edəcəkləri mövzular açıqlanıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-a qarşıdakı səfəri çərçivəsində Amerika lideri Donald Trampla ikitərəfli münasibətləri, eləcə də qlobal sülh və inkişafla bağlı mühüm məsələləri ətraflı müzakirə edəcək. 

Xəbər Experti xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun bildirib.

“Si Cinpin səfəri zamanı Prezident Donald Trampla Çin-ABŞ münasibətləri, həmçinin dünyada sülh və inkişafa dair mühüm məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaq”, – brifinqdə deyib.

O əlavə edib ki, yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətinin müəyyənləşdirilməsində əvəzolunmaz strateji rol oynayır.

Xatırladaq ki, Çin Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-a dövlət səfəri edəcək. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirilir. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir