Çində torpaq sürüşməsi – 2 nəfər ölüb
Çinin Siçuan əyalətində torpaq sürüşməsi baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsi məlumat yayıb.
Qeyd olunub ki, dünən Panjihua bölgəsinin Jiliuhi kəndi yaxınlığında torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticədə beş nəfər itkin düşüb. Onlardan ikisinin cəsədi aşkarlanıb. Üç nəfərin isə axtarışları davam etdirilir.










