#Ölkə

“Çiçəkli” SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsində yerləşən “Çiçəkli” Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin iyul ayınadək 70,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Xəbər Experti bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, SES-lər bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Çiçəkli” SES 2017-ci ilin avqustun 19-da yenidənqurmadan sonra istifadəyə verilib. Stansiyanın gücü 3 MVt təşkil edir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir