#Dünya

Cem Yılmaz xəstəxanadan paylaşım etdi

Ötən gün xəstəxanaya yerləşdirilən türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz instagram hesabında fotosunu paylaşaraq səhhəti ilə bağlı açıqlama verib.

Aktyor bildirib ki, “Gora” filminin çəkilişləri bitdikdən sonra sinəsində və kürəyində şiddətli ağrılar hiss edib. Həkimlərin müayinəsindən sonra vəziyyətinin yaxşı olduğunu qeyd edən Cem Yılmaz, ona dəstək olanlara, səhiyyə nazirinə və tibb işçilərinə təşəkkürünü bildirib.

Aktyor paylaşımında həkimlərin ona stressdən uzaq durmağı tapşırdığını da əlavə edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir