#Dünya

CAR-da yaşayış evinə silahlı basqın – 11 nəfər öldürülüb

Cənubi Afrika Respublikasının Durban şəhərində 2 nəfər naməlum şəxs yaşayış evlərindən birinə silahlı basqın edib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu gecə Kvamaxuta qəsəbəsində baş verən basqın zamanı 11 sakin öldürülüb.

Bu barədə əyalətin baş naziri Kvazulu-Natal Tamsanka Ntuli ictimaiyyətə açıqlama verib. Onun sözlərinə görə dünən axşam saatlarında 2 nəfər yaşayış evinə soxularaq 14 sakini – 13 kişi və 1 qadını bir otağa yığıb və onlara atəş açıb. 10 nəfər həmin an, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. 3 nəfər möcüzə nəticəsində sağ qalıb. Evə tərk edərkən cinayətkarlar sakinlərdən birinə məxsus avtomobili də yandırıblar. Baş nazir ölənlərdən yeganə qadının hamilə olduğunu da vurğulayaraq, hadisənin motivlərinin bəlli olmadığını, cinayətkarların axtarışlarına başlandığını da bildirib.

Qeyd edək ki, CAR qətl göstəricilərinə görə dünyada öncüllər sırasındadır. 62 milyon əhalisi olan ölkədə hər gün orta hesabla 60 nəfər qətlə yetirilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir