#Dünya

Canlı yayım aparılan helikopter qəzaya uğradı

ABŞ-də KNBC-TV telekompaniyasına məxsus helikopter canlı yayım zamanı qəzaya uğrayıb.

Xəbər Ezperti xarici KİV-ə istinadən xəbər verir ki, qəza bu gün Los-Ancelesdə, Çatsuort rayonunda baş verib.

Sərnişin avtobusunun iştirakı ilə yaşanmış avtoqəzanı canlı efirdə yayımlayan helikopterdə anidən texniki nasazlıq yaranıb və idarəetmədən çıxaraq yerə çırpılıb. 2 ekipaj üzvü və yerdə olan 1 sakin həlak olub. 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, canlı yayım apardığından helikopterin qəzaya düşmə anı efirdə yayımlanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir