#Dünya

Cənubi Koreyada qanlı hadisə – supermarketdə alıcılara bıçaqlı hücum

Cənubi Koreyada 60 yaşlarında bir kişi supermarketdə insanlara hücum edib. 

Xəbər Experti “Yonhap” agentliyinə istinadən xəbər verir ki, insident İnçxon şəhərindəki Homeplus Co. adlı supermarketdə baş verib. Bir kişi alıcılara bıçaqla hücum edib.

Hücum nəticəsində altısı qadın olmaqla səkkiz nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları göndərilib. 60 yaşlarında olan bıçaqlı şəxs saxlanılıb. İnsidentlə bağlı araşdırma başlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir