#Dünya

Cənubi Afrikada mədəndə qəza – 14 nəfər həlak olub

Cənubi Afrikanın Şimal-Qərbində, Rustenburg yaxınlığındakı Nkaneng bölgəsindəki qanunsuz mədəndə qaya uçqunu baş verib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 14 mədənçi həyatını itirib. Onların əksəri Lesoto vətəndaşıdır. Həmçinin 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis və xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir