#Dünya

Cənubi Afrika Respublikasında əyləncə mərkəzinə hücum – 17 ölü

Cənubi Afrika Respublikasında əyləncə məkanına silahlı hücum təşkil edilib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hücum dünən yerli vaxtla saat 21:30 radələrində Yohannesburq şəhərinin qərbindəki bir əyləncə mərkəzinə olub. 8 silahlı şəxsin həyata keçirdiyi hücumda 17 nəfərin ölüb, 15 nəfər isə yaralanıb.

Şübhəlilər hadisə yerindən qaçmazdan əvvəl iki avtomobili yandırıblar.

Hadisə ilə bağlı polis araşdırması başlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir