#Dünya

Britaniya tamamilə elektron vizalara keçib 

Böyük Britaniya iyul ayından etibarən tam şəkildə elektron vizalara keçib, artıq vizalar  pasportlara yapışdırılmayacaq.

Xəbər Experti xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bütün viza məlumatları bundan sonra elektron formatda rəsmiləşdiriləcək, pasporta yapışdırılan viza stikerlərinin  verilməsi isə dayandırılıb. Lakin pasportda etibarlılıq müddəti bitməmiş vizalar səyahətlər üçün etibarlı hesab olunacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir