#Dünya

Böyük Britaniyada yanğın 1 ailəni məhv etdi

Mersisayd qraflığının Butl şəhərində yaşayış evlərinin birində güclü yanğın baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, faciəvi hadisə bu gecə Stoun-Skuer küçəsində yaşanıb.

2 otaqlı mənzilin yanması nəticəsində ana və 3 azyaşlı övladı dünyasını dəyişib. Bir nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 6 yanğınsöndürən briqada alovun qonşu mənzillərə keçməsinin qarşısını vaxtında ala bilib. Zərərçəkənlərin adları və yaşları barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə yerində araşdırılma aparılır, yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. 4 nəfərin yanğından əvvəl öldürülməsi versiyası istisna edilmir.

Böyük Britaniyada yanğın 1 ailəni məhv etdi

Qobustanda avtomobil yanıb

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir