Boliviyada hərbi kazarmada partlayış – 2 ölü, 81 yaralı
Boliviyada hərbi kazarmada şiddətli partlayış baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Boliviyanın müdafiə naziri Ernesto Justiniano bildirib.
Onun sözlərin görə, artilleriya alayının yerləşdiyi kazarmada pirotexniki materialın partlaması nəticəsində 2 nəfər ölüb, 81 nəfər isə yaralanıb.
Partlayışla bağlı araşdırma başlayıb.










