4 yaşlı qız quduzluqdan vəfat etdi

Türkiyədə 4 yaşlı qız quduzluqdan vəfat edib. Xəbər Experti Türkiyə mətbuatına istinadən xəbər verir ki, olay Diyarbakırın Sul rayonunda yaşanıb. 4 ay əvvəl küçə pişiyinin uşağın dodağını dişləməsi faciə ilə nəticələnib. Avqustun 10-da N.K-nın valideynləri övladlarının səhhətində problemlərin yarandığını görüb Diyarbakır Uşaq Xəstəlikləri xəstəxanasına müraciət ediblər. 3 gün sonra isə qızda quduzluğun olduğu aşkarlanıb. Müalicə […]

Nepalda daşqınlarda ölənlərin sayı 900-ü keçdi

Ötən həftə Nepalın şimal rayonlarında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb. Məlumatda bu səhərə kimi 903 nəfərin cəsədinin tapıldığı, 10461 nəfərin isə xilas edildiyi qeyd olunur. 4200-dən çox insan hələ də itkin düşmüş sayılır. Onlardan 592-i əcnəbidir. Bundan […]

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib. Xəbər Experti xəbər verir ki, başsağlı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan […]

İran İordaniyaya raket zərbəsi endirib

İrana endirilən zərbələrdən sonra gecə saatlarında İordaniyada bir sıra partlayışlar baş verib.  Xəbər Experti xəbər verir ki, bu barədə İran nediası məlumat yayıb. Partlayışlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilmir. Avqustun 30-da ABŞ-a məxsus pilotsuz uçuş aparatı Hörmüz boğazında yerləşən İranın Larak adasına zərbə endirib. Hücum nəticəsində iki nəfər yaralanıb, daha […]

Şimali Kiprdə Batan Gəmidən 172 Nəfər Xilas Edilib

Girnə-Mersin marşrutu ilə hərəkət edən və göyərtəsində 267 nəfərin olduğu sərnişin gəmisi Girnə sahillərində batıb. Hadisə yerində aparılan əməliyyatlar nəticəsində indiyədək 172 nəfər xilas edilib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Cem Yılmaz xəstəxanadan paylaşım etdi

Ötən gün xəstəxanaya yerləşdirilən türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz instagram hesabında fotosunu paylaşaraq səhhəti ilə bağlı açıqlama verib. Aktyor bildirib ki, “Gora” filminin çəkilişləri bitdikdən sonra sinəsində və kürəyində şiddətli ağrılar hiss edib. Həkimlərin müayinəsindən sonra vəziyyətinin yaxşı olduğunu qeyd edən Cem Yılmaz, ona dəstək olanlara, səhiyyə nazirinə və tibb işçilərinə təşəkkürünü bildirib. […]

“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib – MEDİA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən bəzi informasiya resurslarının müxtəlif icmaların adından çıxış edərək özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə çalışdığını bildirib. Xəbər Experti xəbər verir ki, qurumun bununla bağlı yaydığı Bəyanatda deyilir: “Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, […]

Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib – DSX

Şəkinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, 1979-cu il təvəllüdlü Niderland vətəndaşı avqustun 29-da Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb. DSX-nin helikopteri ilə əraziyə tibb […]

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə FHN-dən xəbər verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd […]

Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib. Xəbər Experti xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından […]