Müəllimlərin işə qəbulu imtahanının ilk günündə 95 faiz davamiyyət qeydə alınıb
İyulun 14-dən etibarən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xəbər Experti-ə bildirilib ki, test imtahanları iyulun 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur. Test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95 faiz davamiyyət qeydə alınıb. […]








