Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
Ali təhsil müəssisələrinin “Memarlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə qeydiyyatdan keçməlidirlər. DİM-dən bildirilib ki, qeydiyyat iyulun 16-dan 20-dək saat 23:59-dək davam edəcək. Qeyd olunub ki, “Memarlıq” ixtisasını I ixtisas qrupu üzrə ümumi balı minimum 200 olan abituriyentlər seçə bilərlər. Bununla yanaşı, I […]








