Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun vacibliyini qeyd ediblər

Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər. Xəbər Experti Azərbaycanın Düşənbədəki səfirliyinin məlumatına istinadən xəbər verir ki, bu məsələ Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fəyzəli İdizodanın Tacikistandakı diplomatik missiyasını başa vuran Azərbaycanın səfiri Əlimirzəmin Əsgərovla görüşündə müzakirə olunub. “Tərəflər 94-dən çox sazişlə möhkəmləndirilmiş ikitərəfli əlaqələrin dinamik inkişafını qeyd edib və iki […]

Floridada hava limanına Trampın adı verildi 

Palm-Biç kurort şəhərindəki beynəlxalq hava limanı dünəndən etibarən ABŞ prezidenti Donald Trampın adını daşıyır. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Məlumatda hava limanının beynəlxalq kodunun avqustda dəyişdiriləcəyi də bildirilir. Başqa sözlə, PBI DJT ilə əvəzlənəcək. Yeri gəlmişkən, təzə adda limana ilk enən təyyarə ABŞ prezidentinə […]

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub

Prezident İlham Əliyev tərəfindən “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, bununla da Azərbaycan Respublikasının Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusu əldə etməsi istiqamətində mühüm addım atılıb. Qanunun qəbul edilməsi ölkədə metrologiya sahəsinin beynəlxalq tələblərə uyğun […]

Sumqayıt Teatrında Sabir Rüstəmxanlının yubileyinə yeni tamaşa hazırlanır

Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının “Sürgün sevgi” əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır. Teatrdan bildirilib ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi […]

Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub

Qarabağ”ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub. Xeber Experti Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb. Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol […]

Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir

Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin […]

Qaradağda 3 Yeni Avtomobil Körpüsü İnşaa Edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumata görə, paytaxtın Qaradağ rayonu ərazisindəki 3 fərqli yol sahəsində yeni körpülərin tikintisinə başlanılıb. Bir aşırımlı olaraq layihələndirilən bu keçidlər sözügedən yollarda hərəkətin təhlükəsizliyini və rahatlığını təmin edəcək. Layihələrin hazırkı vəziyyəti ilə bağlı təfərrüatlar aşağıdakı kimidir:  Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi yolu (55-ci km, Qobustan qəsəbəsi): Bu ərazidəki körpünün inşası artıq […]

Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək

Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş […]

AQTA-dan yay mövsümü ilə bağlı xəbərdarlıq: Küçələrdə satılan bu qidaları almayın!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümündə qidadan zəhərlənmə hallarının qarşısını almaq məqsədilə bu gün vətəndaşlara müraciət edib. Agentliyin yaydığı rəsmi məlumatda bildirilir ki, yüksək temperatur şəraitində tez xarab olan qidaların, xüsusilə küçədə, açıq havada və soyuducu rejimi olmadan satılan ət və süd məhsullarının, kremli şirniyyatların və dönərlərin istehlakı ciddi təhlükə yaradır. AQTA vətəndaşları yalnız […]

İyul ayının müavinət, təqaüd və ünvanlı yardımlarının veriləcəyi tarixlər açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikini elan edib. Fondun rəsmi məlumatına görə, iyul ayının müavinət və təqaüdlərinin cari ayın 21-də, ünvanlı dövlət sosial yardımlarının isə iyulun 28-də ödənilməsi nəzərdə tutulub. Vətəndaşlar ödənilən vəsaitləri müvafiq bank kartları vasitəsilə […]