Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.18 dollar və ya 1,49% ucuzlaşaraq 77.91 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79.09 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından […]

20 yaşlı futbolçu dünyasını dəyişib

Fransanın “Bezye” reqbi klubunun futbolçusu Lutsobo Makvedini dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu komandanın səhər məşqinə qatılıb və məşq zamanı onun vəziyyəti pisləşib. Lutsobo dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.  Qeyd edək ki, Makvedini 2025-ci ilin yayından “Bezye”də oynayırdı. 

Sabirabadda məktəbdə yanğın olub

Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümü ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tapşırıb. Çimərliklərdə qəti qadağandır: Nəzərdə tutulmamış ərazilərdə (kanal, çay, arx və s.) çimmək,çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək,küləkli havada dənizə girmək və hava qaraldıqdan sonra suya daxil olmaq,çimərlikdə gecələmək və əraziyə sərxoş halda gəlmək, suda kobud hərəkətlər […]

UEFA-nın yenilənən reytinqi – Klublarımız neçəncidir?

UEFA-nın yenilənmiş klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeyi açıqlanıb. Xəbər Experti xəbər verir ki, siyahıda ölkəmizin ən yüksək pillədə qərarlaşan komandası “Qarabağ”dır. Ağdam təmsilçisi 33,750 əmsalla 59-cu sırada yer alıb. Son 5 mövsümün nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbaycan klublarından sonrakı yerləri “Sabah” (215-ci yer, 6,000 əmsal), “Zirə” (226-cı yer, 5,500 əmsal), “Neftçi” (304-cü yer, 4,000 əmsal), “Araz-Naxçıvan” […]

Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycanda iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq olan narkotik vasitə aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Həmçinin ötən gün keçirilən tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çətənə kolu […]

ABŞ İsrailin İranla münaqişənin yeni mərhələsinə qoşulmasını istəmir – CNN

Vaşinqton İsrailin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsini istəmir. CNN-in İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası regionda vəziyyətin nəzarətdən çıxmasından ehtiyat edərək, Təl-Əvivin İranla yeni bir hərbi münaqişəyə girməsinin əleyhinədir. Xəbərin əsas tezisləri:  Mövqe fərqi: İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın zərbələrinə tərəfdaş olmaq istəsə də, Vaşinqton hazırda İsrailin hərbi əməliyyatlarda iştirakını dəstəkləmir. […]

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 11-13-də fasilələrlə yağış yağacağı gözlənilir. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır

Xocalı və Ağdərədə ilk taxıl yığımından bol məhsul əldə edilib İşğaldan azad olunmuş Xocalı və Ağdərə rayonlarının pay torpaqlarında ilk dəfə aparılan taxıl əkini uğurla nəticələnib və 1000 hektardan çox sahədən bol məhsul götürülüb. Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, bu uğur dövlət dəstəyi və düzgün aqrotexniki qulluğun nəticəsidir. Məhsuldarlığın artırılması və əhalinin […]

“İstənilən nüvə elektrik stansiyasına hücum qəbuledilməzdir” – Qrossi

MAQATE rəhbəri: “Nüvə obyektlərinə edilən hücumlar heç bir halda yolverilməzdir” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi coğrafi mövqeyindən asılı olmayaraq, istənilən nüvə elektrik stansiyasına qarşı hərbi addımların atılmasını qətiyyətlə pisləyib. Baş direktor həm BMT Təhlükəsizlik Şurasının, həm də rəhbərlik etdiyi qurumun İdarə Heyətinin gündəmində dayanan bu mühüm məsələ ilə bağlı mövqeyini belə […]