Belə də olur – 2 gənc timsaha hücum etdi
Avstraliyada 2 yeniyetmə timsah saxlanılan volyerin hasarını aşaraq ona hücum edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, olay Pert şəhərində yaşanıb.
16 və 17 yaşlı oğlanlar qadağan olunmuş əraziyə girdikdən sonra orada bəslənən 4 metr uzunluğu olan Danqalaqabba ləqəbli daraqlı timsaha yaxınlaşıblar. Onlardan biri metal əşya ilə timsahı vurmağa başlayıb. Baş verənlər müşahidə kameraları vasitəsilə qeydə alınıb. Daha sonra ərazidən uzaqlaşan qanun pozucularının kimliyi polis tərəfindən müəyyənləşdirilib. Onlardan biri Baldivis, digəri isə Belmont qəsəbəsində saxlanılıb.
Yeniyetmələr qadağan edilmiş əraziyə icazəsiz girmə və heyvanlarla qəddar rəftara görə məhkəmə qarşısına çıxarılıblar. Onlardan biri girov qarşılığında zaminə buraxılıb.
Qeyd edək ki, zərərçəkən elə də ciddi xəsarət almayıb və hazırda veterinarların nəzarəti altındadır.










