Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxs saxlanılıb
Su polisi Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxsi saxlayıb.
Xəbər Experti-nin məlumatına görə, İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A.Şirinov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.










