#Ölkə

Balakəndə Ağır Yol Qəzası: 3 Nəfər Həyatını İtirib, 2 Yaralı Var

Balakən rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “Toyota”nın sürücüsü Rəşad Mütəllibov, onun anası — 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı “Toyota”da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”dakı sərnişin 61 yaşlı Şərif Soltanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Məlumata görə, “Toyota” markalı avtomobildə olan şəxslərin hamısı bir ailənin üzvləridir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir