#Ölkə

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

Bakı buxtasının Dənizkənarı Milli Parkın akvatoriyasına düşən hissəsində suyun səthinin neft ləkələrindən, eləcə də neft əsaslı digər üzvi tullantılardan təmizlənməsi nəzərdə tutulur.

Xəbər Experti xəbər verir ki, bununla bağlı “Dənizkənarı Bulvar İdarəsi” QSC (DBİ) hazırlıqlara başlayıb.

İdarə bunun üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə 1,77 milyon manat ödəyəcək.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir