#Elm və Təhsil

Bağçalara qəbul üçün elektron növbələrin yaradılmasına start verildi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı yeni məlumat yayıb.

Agentliyin məlumatına görə, regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikası tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin formalaşdırılmasına başlanılıb.

Bildirilib ki, Bakı şəhərində yerləşən dövlət uşaq bağçalarına qəbul üçün elektron növbələr 9 iyul 2026-cı il saat 11:00-dan etibarən aktiv olacaq.

Qəbul prosesi yaş qruplarına uyğun mərhələli şəkildə aparılacaq. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqların qeydiyyatı saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqların qeydiyyatı isə həmin gün saat 15:00-da başlayacaq.

MÜTDA vurğulayıb ki, builki qəbul kampaniyasında əsas yenilik müraciətlərin ilk dəfə olaraq myGov platforması üzərindən həyata keçiriləcək olmasıdır. Bu dəyişiklik valideynlərə qeydiyyat prosesini daha rahat və operativ şəkildə həyata keçirməyə imkan verəcək.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir