#Ölkə

Azərbaycanın neft kəmərlərindən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 492 965,7 min manat təşkil edib, bu da illik müqayisədə 5,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 523 480,1 min manat səviyyəsində olub.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 16 516 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,8% azdır.

Nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 12 702,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 8,8% azdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir