Azərbaycanın İndoneziyadakı səfirliyi Anım Günü ilə əlaqədar tədbir keçirib
Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir təşkil edib.
Xəbər Experti xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Azərbaycan səfirliyi 27 sentyabr – Anım Günü ilə əlaqədar Cakartadakı “Panti Asuhan Putera Setia” uşaq evində tədbir keçirib. Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən azərbaycanlı şəhidlərin xatirəsinə həsr olunub”, – məlumatda bildirilib.









