Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi məlumatlarının, yol şəbəkəsinin və su obyektlərinin vahid kataloqda toplanması istiqamətində işlər aparılır. Kataloqun ilin sonunadək hazırlanması nəzərdə tutulur.
Bu barədə institutdan məlumat verilib. Qeyd olunub ki, institutda, həmçinin Xəzər dənizində suyun buxarlanması ölçülür, Bakı-Türkmənbaşı marşrutu üzrə günəş və külək enerjisi potensialı hesablanır. İqlim dəyişiklikləri fonunda, xüsusilə Kiçik Qafqaz regionunda çayların su balansı müasir metodlarla araşdırılır.










