#Futbol

Azərbaycan millisindən böyükhesablı qələbə

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu – 10-cu tur oyununa çıxıb.

Xəbər Experti xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlıb. Masazırda keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı lüksemburqlu baş hakim Yasmin Sabotiç idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 10 oyundan sonra 10 xalla 5-cidir.

17:45. Azərbaycan – Cəbəllütariq – 3:0

Qollar: Nihad Əhmədzadə, 8, Ağadadaş Salyanski, 43, 51

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir