#Ölkə

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.

Xəbər Experti xəbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir