Azərbaycan avqustda “OPEC+” kvotasından gündəlik 103 min barel geri qalıb
Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 448 min barel təşkil edib.
Xəbər Experti bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 7 min barel az olub.
Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 103 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 456 min barel olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.









